Kateqoriyasız

Ağdama yenidən mərmi atılıb, mağaza, kafe və çayxanaya ziyan dəyib

6 oktyabr / 12:58 1 dəq
Dd33ff97 cb6e 3ca4 a80f 1a5f3d8974dc
6 oktyabr / 12:58
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir. 

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Ermənilər yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.

Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər