Kateqoriyasız

Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək?

25 sentyabr / 12:58 2 dəq
B9c16416 bd4e 3500 b89d 24eedb9b2a41
25 sentyabr / 12:58
Burada sizin reklamınız ola bilər

Pandemiya şəraitində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların həftədə neçə dəfə məktəbə gedəcəyi müəyyənləşib.

Bu barədə Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, məktəbəhazırlıq qrupları pandemiya öncəsi dövrdə məktəbə həftədə 4 dəfə gəlirdilər (ümumi 12 məşğələ): “Hazırki şəraitdə bu, regiondan asılı olaraq, 2 və ya 3 dəfə olacaq”.

Xatırladaq ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların ümumi sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

Qruplarda dərs ili iki yarımilə bölünür:

– I yarımil: 1 oktyabr-26 yanvar;

– II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar);

– 5 gün əlavə tətil (1-5 may).

Paylaş
Burada sizin reklamınız ola bilər