Siyasət

Artilleriya bölmələrinin təlimləri keçirilib – VİDEO

23 sentyabr / 16:28 1 dəq
1600849591348 Oi7BjMMK
23 sentyabr / 16:28
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin  döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyin yaydığı məlumata görə, təlimlərin məqsədi artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, peşəkarlığın artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Cəmləşmə rayonlarına çıxarılan artilleriya bölmələri döyüş atışlarını yerinə yetirmək üçün atəş mövqelərini tutublar.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri təlimin senarisinə uyğun olaraq ehtiyat mövqelərə yerdəyişmə etdikdən sonra döyüş atışları icra edərək şərti düşmən hədəflərini məhv edib.

Paylaş
Burada sizin reklamınız ola bilər