Mədəniyyət

Teatrların fəaliyyəti bərpa oluna bilər

18 sentyabr / 13:54 1 dəq
261b454e 6df2 3f4b 8f72 975c0a497e7c
18 sentyabr / 13:54
Burada sizin reklamınız ola bilər

Teatrların ənənəvi qaydada fəaliyyəti barədə Operativ Qərargahla müzakirələr aparılır.

Bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. 

“Bildiyimiz kimi bu haqda qərarlar Operativ Qərargah tərəfindən verilir və hərtərəfli müzakirə olunur. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də diqqətdə saxlanılır. Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası da nəzərə alınır.  Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və  onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir”,- A.Kərimov bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər