Bölgə xəbərləri

Cəbhədəki son vəziyyət

16 sentyabr / 11:25 1 dəq
7e1e56fc a88a 3d37 bd0f b794fc76f9a6
16 sentyabr / 11:25
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər