Kateqoriyasız

İlk dərslər bu mövzulara həsr olunacaq

14 sentyabr / 11:06 1 dəq
0f34defc 1479 3dd2 8855 d0e6320645e1
14 sentyabr / 11:06
Burada sizin reklamınız ola bilər

Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.

Təhsil Nazirliyinin yaydığı məlumata görə, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək. 

Paylaş
Burada sizin reklamınız ola bilər