Sosial

Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı

11 avqust / 15:20 1 dəq
3d352bcc 4ebb 34a6 982a fb65ee62e17d
11 avqust / 15:20
Burada sizin reklamınız ola bilər

Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust tarixlərində respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.

“Report”un xəbərinə görə, avqustun 13-də keçiriləcək imtahanlarda 19 197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18 102 nəfər olmaqla, ümumilikdə 37 299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur.

Bunlardan 14 232 nəfər II ixtisas qrupu, 22 607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

Paylaş
Burada sizin reklamınız ola bilər