Şəmkirdə bıçaqlanma olub
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Mixail Quliyev iş yoldaşı olan, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Sənan Quliyevlə yeyib-içən zaman aralarında mübahisə yaranıb.
Nəticədə M.Quliyev iş yoldaşını bıçaqlayıb. Xəsarət alan S.Quliyev xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən M.Quliyev isə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı