Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəhid Mühüd Orucovun doğum günüdür

13 iyul / 16:19 2 dəq
Muhut orucov28
13 iyul / 16:19
Burada sizin reklamınız ola bilər

Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Mühüd Orucovun doğum günüdür.

“Qərb Xəbər”in məlumatına görə, M.Orucov yaşasaydı, 36 yaşını qeyd edəcəkdi.

Mühüd Orucov 1984-cü il 13 iyulda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Orta məktəbi doğma kəndində oxuyan Orucov 8 sinifi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2002-ci ildə həmin məktəbi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə isə həmin məktəbin qoşun kəşfiyyatı ixtisasını bitirib. Türkiyədə bir neçə aylıq kurs keçib. Keçdiyi kursda Azərbaycan komandası olaraq birinci yeri qazanıblar.

O, bir neçə uğurlu əməliyyatların iştirakçısı olub. 2014-cü ilin avqust ayında ön cəbhədə uğurlu əməliyyat həyata keçirib. Ermənilər həmin əməliyyatlarda böyük itkiyə məruz qalıb. Bu əməliyyatlardan sonra M.Orucov Ai Baş Komandan İlham Əliyev tərəfindən təltif edilib.

Kapitan Mühüd Orucov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid kapitan aprelin 12-də doğulduğu Fərəhli kəndində son mənzilə yola salınıb.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Mühüd Orucov ailəli idi, əkiz oğlanları yadigar qalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı