Gəncə

Gəncənin Məhsəti qəsəbəsini sel basdı

Bu gün / 14:08 1 dəq
Gəncə Məhsəti
Bu gün / 14:08
Burada sizin reklamınız ola bilər

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.

Qerbxeber.com -un APA-ya istinadən məlumatına görə, bu gün səhər saatlarından yağmağa başlayan yağışdan sonra şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel suları keçib. Sel suları sakinlərin və avtomobillərin gediş gəlişinə çətinliklər yaradıb.

Qəsəbə sakinləri  bildiriblər ki, hər dəfə yağış yağanda bu problemlə üzləşirlər. Onlar problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat veriblər. Sakinlər onu da qeyd ediblər ki, sel suları bir neçə evlərin zirzəmisinə dolub.

Hazırda Gəncə şəhərində və qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər