Hadisə

Azad olunmuş ərazilərdə minatəmizləmə davam edir-ANAMA

21 iyul / 10:42 1 dəq
Mina
21 iyul / 10:42
Burada sizin reklamınız ola bilər

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.07.2025 – 20.07.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş
Burada sizin reklamınız ola bilər