Azərbaycana keçmiş erməni uşaqlar Ermənistana qaytarıldı
Ötən gecə Azərbaycan-Ermənistan sərhədində itkin düşdüyü bildirilən iki nəfər Ermənistana qaytarılıb.
Qerbxeber.com APA.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kənd icmasının rəhbəri David Qulunts “Azatutyun”a məlumat verib.
Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təqdiqləyib.
MTX-dən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib.
Qeyd edək ki, Ermənistan MTX Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə bu gün səhər məlumat yaymışdı.




