Dünya

Ərdoğan Dəməşqə gedir-Colani ilə görüşəcək

20 dekabr / 15:57 1 dəq
Erdogan sefer
20 dekabr / 15:57
Burada sizin reklamınız ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edəcək.

Qerbxeber.com xəbər verir ki, belə bir iddianı Türkiyə mediası Dəməşqdəki mənbələrə əsasən yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ərdoğanın “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd Colani və Suriya türkmanları ilə görüşü gözlənilir.

Həmçinin Türkiyə liderinə görə, Həma, Xüms və İdlib xətti boyunca həm havadan, həm də qurudan fövqəladə mühafizə qalxanı yaradılacaq. Türkiyəyə məxsus radarlar işə salınaraq, bütün hava hərəkətliliyi nəzarətə götürüləcək.

Qeyd edək ki, iki gün öncə Ərdoğanın Suriyaya səfər edə biləcəyi haqda məlumat yayılmışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər