Dünya

Ermənistan MN İranla silah alınmasına dair gizli müqavilənin imzalandığını təkzib edib

25 iyul / 11:26 1 dəq
66a1fbf5bcf1166a1fbf5bcf12172189182966a1fbf5bcf0e66a1fbf5bcf10
25 iyul / 11:26
Burada sizin reklamınız ola bilər

Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollar dəyərində silah alınmasına dair gizli müqavilə imzalanması ilə bağlı məlumatı təkzib edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya açıqlamasında Nazirliyin mətbuat katibi Aram Torosyan deyib. O “İran İnternational” telekanalının bu barədə məlumatını uydurma adlandırıb.

Qeyd edək ki, ötən gün mərkəzi ofisi Londonda olan kanal yaydığı xəbərdə imzalanan müqavilə çərçivəsində İrana “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mojaher” markalı pilotsuz uçuş aparatları, eləcə də “Arman” hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər