Şəmkirdə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı apardıqları mübarizə çərçivəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən şəxslər saxlanlıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şübhəli şəxslər ərazi üzrə polis orqanlarına gətirilib. Rayon sakinləri İsmət Rzayev, Rasim Hacıyev, Seymur Əsgərov, Röyal Nuruzadə, Namiq Fərhadov, Ozal Nağıyev, Teymuraz Musayev və Yaşar Aslanovun üzərlərinə baxış keçiriln zaman heroin, marixuana və digər narkotik vasitələr aşkar edilərək götürülüb.
Saxlanılan 8 nəfər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.





R.Carçılı




