Kateqoriyasız

35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verilib

11 dekabr / 14:34 1 dəq
043d7005 7da7 3957 b429 762480659a65
11 dekabr / 14:34
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün 11 rayonda (Masallı, Astara, Yevlax, Şəmkir, Zaqatala, Ağdaş, Ağcabədi, Şamaxı, Füzuli, Cəlilabad, Hacıqabul) şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 35 fərdi yaşayış evinin təqdim edililb.

“Qərb Xəbər”in məlumatına görə, Masallı və Astara rayonlarında evlərin təqdim edilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Astara rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Malıyev iştirak ediblər.

Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan 1 100-dən çoxu artıq verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 000-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər