Bölgə xəbərləri

Dmanisidə yeddinci zəlzələ qeydə alınıb

12 iyul / 13:05 1 dəq
25de3980f6cad6
12 iyul / 13:05
Burada sizin reklamınız ola bilər

İyulun 11-i Dmanisidən 25 kilometr cənub-qərbdə yerləşən Sameba kəndi yaxınlığında yeddinci zəlzələ qeydə alınıb.

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata əsasən, sonuncu yeraltı təkan Tbilisi vaxtı ilə saat 17:54-da 3.7 bal gücündə baş verib.

Qeyd edək ki, bundan əvvəl 10:24-də 3.1 bal, 10:14-də 3.2 bal, 09:48-də 3.3 bal, 09:18-də 3.1 bal, 09:10-da 4.7 bal, 07:36-da isə 4.8 bal güclərində olub.

Paylaş
Burada sizin reklamınız ola bilər