Bölgə xəbərləri

Samirə Bayramova: “Mən Pərixanım Sofiyevanın və Xudu Borçalının nəvəsiyəm”

25 iyun / 10:57 3 dəq
F269f196e284c112b63e94b76125b9ee
25 iyun / 10:57
Burada sizin reklamınız ola bilər

İctimai fəal və hüquq müdafiəçisi Samirə Bayramova, Tbilisidə keçirilən genişmiqyaslı “Evə -Avropaya” adlı mitinqdə əhaliyə müraciət edib.

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, o müraciətində Gürcüstanın və burada yaşayan xalqların gələcəyinin məs avropa olduğunu bildirib.

Həm gürcü, həm də azərbaycan dilində çıxış edən Samirə Bayramova, ilk müsəlman qadın Pərixanım Sofiyevanın və Xudu Borçalının nəvəsi olduğunu dilə gətirib: “Bu gün bütün Gürcüstan buradadır və mən də buradayam. Mənim ad və soyadımdan qorxursunuz? Məncə yox, amma hazırki hakimiyyət isə bundan qorxur. Mən Gürcüstanda ilk müsəlman siyasətçi qadın Pərixanım Sofiyevanın nəvəsiyəm, Mən çar İraklinin ən yaxın dostu Xudu Borçalının nəvəsiyəm. Biz birlikdə güclüyük, sizin düşməniniz mən, azərbaycanlılar yox daima burada bizim aramıza nifaq salan Rusiyadır. Necə ki, mənim əcdadlarım bu ölkənin ən əməksevər və sadiq vətəndaşları idi, bu gün mən də azərbaycanlı kimi ona görə buradayam ki, göstərim ki, biz necə bu ölkəyə sadiq vətəndaşlarıq.

Dostlar, daima bir çox qruplar tərəfindən nifrət dilinin ünvanı oluram, ona görə ki, onlar məni Davit Qareci ilə günahlandırırlar amma mən Gürcüstan vətəndaşıyam və başqalarına yox məhz bura aidəm. Biz bunu hakimiyyətdən tələb etməliyik, bu onların problemidir. Eyni zamanda buradan istəyirəm ki, azərbaycanlı vətəndaşlara Azərbayacan dilində müraciət edim, onlar müəyyən səbəblərə görə gürcü dilini bilmir, ümid edirəm bundan inciməyəcəksiniz, çünki bu ölkənin 10 %-dən çoxu etnik azlıqdır. Əziz azərbaycanlılar, biz Gürcüstan azərbaycanlıları, eyni zamanda Avropalıyıq, çunki gürcüstanlı olmaq avropalı olmaq deməkdir. Biz həmişə bu ölkənin əsil dostları olmuşuq və əsil real dostları, vətəndaşları olmuşuq, bundan sonra da bu şəkildə davam etməliyik, çunki bu ölkə bizimdir, bu vətən bizimdir, bundan başqa gedəcək başqa bir yerimiz yoxdur”, – deyə S. Bayramova bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər