Dünya

27-28 yanvar tarixləri ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

23 yanvar / 10:45 1 dəq
Təqvim
23 yanvar / 10:45
Burada sizin reklamınız ola bilər

Yanvarın 27-28-də orta və güclü səviyyəli maqnit aktivliyi qeydə alınacaq.

Qerbxeber.com bildirir ki,  bu barədə Musavat.com  xarici mediaya istinadən xəbər verir.

Maqnit qasırğalarının insan orqanizminə təsir göstərə biləcəyi bildirilib. Xüsusilə yuxu rejiminə və qidalanmaya diqqət yetirmək tövsiyə olunur. Həmçinin, orqanizmi artıq fiziki və emosional yüklənmədən qorumaq vacibdir.

Mütəxəssislər maqnit qasırğalarının ürək-damar sistemi problemləri, baş ağrıları, yorğunluq və əhval dəyişikliyi kimi təsirlərə səbəb ola biləcəyini vurğulayıblar. Risk qrupunda olan insanların sağlamlıqlarına xüsusi diqqət yetirmələri tövsiyə edilir.

Qeyd edək ki, maqnit aktivliyi zamanı bol su içmək, balanslı qidalanmaq və istirahət rejiminə əməl etmək daha sağlam bir dövr keçirmək üçün faydalıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər