Dünya

Amerika başqa bir ölkəyə göstəriş verdi: Prezidenti azad edin!

25 yanvar / 14:30 1 dəq
Ned price
25 yanvar / 14:30
Burada sizin reklamınız ola bilər

Burkino-Faso prezidenti və digər saxlanılan məmurlar dərhal azad edilməlidir.

“Qərb Xəbər” axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

“Burkino-Faso prezidentinin hərbçilər tərəfindən saxlanılmasından xəbərdarıq. Səfirliyimiz durumu izləyir. Prezidentin dərhal azad edilməsinə çağırırıq. Təhlükəsizlik qüvvələri konstitusiyanın müddəalarına əməl etməlidir. Tərəfləri fikir ayrılıqlarının dialoq yolu ilə həllinə çağırırıq”, – deyə Prays bildirib.

Qeyd edək ki, Burkina-Fasoda hərbçilər Prezident Rok Mark Kristian Kaboreni istefaya göndərərək hakimiyyəti ələ keçiriblər.

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər