Şəmkirdə gəlinini öldürməkdə təqsirlədirilən kişi vəfat edib

Indir 2023 10 26T164601.625

Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini Səma Qasımovanı ov tüfəngindən atəş açaraq öldürməkdə təqsirləndirilən qayınatası Sahib Həsənov istintaq dövründə vəfat edib. “Qərb Xəbər” məlumat verir ki, bu səbəbdən onun cinayət işinə xitam verilib. Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar verilib. Belə ki, 1985-ci il təvəllüdlü gəlini … Read more

Azərbaycan Prezidenti: Biz yaşıl gündəliyə doğru irəliləyirik

653a59862d669653a59862d66a1698322822653a59862d667653a59862d668

Bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir. Qeyd etdiyim kimi, bu gün üç investisiya sazişi imzalanacaq, lakin bizim planlarımız daha genişdir. Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq “Qərb Xəbər” bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib. … Read more

İran yaxın günlərdə genişmiqyaslı hərbi təlimlər keçirəcək

653a56651eee6653a56651eee71698322021653a56651eee4653a56651eee5

İran yaxın günlərdə genişmiqyaslı hərbi təlimlər keçirəcək. “Qərb Xəbər” bildirir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, quru qoşunlarının müxtəlif bölmələrinin iştirakı ilə “İqtidar 1402” adlı hərbi təlimlər ölkənin mərkəzində yerləşən İsfahan vilayətində keçiriləcək. Təlimlərdə İran Silahlı Qüvvələrinin artilleriya, zirehli maşınlar və tank, hava-desant bölmələri iştirak edəcək. İ.Babayeva

KİV: Qəzzada ölənlərin sayı 7 mini keçib

653a4fea84494653a4fea844951698320362653a4fea84492653a4fea84493

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 7 mini keçib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Telekanal bildirib ki, Qəzza zolağında 7028 nəfər dünyasını dəyişib. Bununla yanaşı, 940 nəfəri uşaq olmaqla, ən azı 1650 nəfər itkin düşüb. Onların hamısının dağıntılar altında qaldığı ehtimal edilir. R.Carçılı

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı yeni təklif – İrəvanın planı nədir?

Silh kesisme

Nikol Paşinyan Tbilisidə keçirilən “İpək yolu” forumunda çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yeni yanaşmasını təqdim edib: – Qarşılıqlı prinsiplər əsasında nəzarət və gömrük prosedurlarının müəyyən qədər sadələşdirilməsi mümkündür; – İrəvan sərnişin və yüklərin daşınmasında təhlükəsizliyi təmin etmək məqsədilə xüsusi bölmə yaradacaq: bu bölmə patrul polisi ilə birlikdə fəaliyyət göstərəcək; Erməni baş nazir bu … Read more

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 35%-ə qaldırıb

653a49d48bb57653a49d48bb581698318804653a49d48bb55653a49d48bb56

Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb. “Qərb Xəbər” TCMB-yə istinadən xəbər verir ki, uçot dərəcəsi 5 faiz bəndi artırılaraq 35 faizə çatdırılıb. Qeyd edək ki, uçot dərəcəsi TCMB-nin bu il sentyabrın 21-də keçirilmiş iclasında 25 %-dən 30 %-ə çatdırılmışdı. R.Carçılı

Azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar dünya təşkilatlarına müraciət edilib

653a04b6de002653a04b6de0031698301110653a04b6de000653a04b6de001

“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət edib. “Qərb Xəbər” məlumat verir ki, müraciətdə deyilir: “Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyirik. İlkin məlumatlara görə, 2020-ci ildə Ermənistan Respublikasının işğalından … Read more

Təl-Əviv raket atəşinə tutulub

7de4cb01 a02a 31d8 bc6c 228587217c71

İsrailin paytaxtı Təl-Əviv raket atəşinə tutulub. “Qərb Xəbər” bildirir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, HƏMAS şəhəri qanadlı raketlərlə vurub. İsrail Müdafiə Ordusundan verilən məlumata görə, şəhərdə hava həyacanı işə düşüb. Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün … Read more

Enerji tariximizdə ilk xarici sərmayə əsaslı ən böyük -GES istifadəyə verildi.

Sekil2

Enerji tariximizdə ilk xarici sərmayə əsaslı ən böyük – 230 MVt-lıq GES istifadəyə verildi. Bu, barədə “Qərb Xəbər” “Parviz Shahbazov” “X” hesabına istinadən xəbər verir ki, stansiyanın şəbəkəyə qoşulması üçün 330 kV-luq yarımstansiya da tikilib. 262 milyon dollar investisiya hesabına inşa olunmuş “Qaradağ” GES-də ildə 500 mln. kVt•st elektrik enerjisi istehsal ediləcək. Ölkəmizin #YaşılEnerji, #Yaşılİnvestisiya planları uğurla … Read more

Fransa Ermənistanda baza yaradarsa, Bakının cavabı…

Fransa ordu

Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi? “Qərb Xəbər” bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur: “Ermənistanda möhkənlənmək … Read more

Türkiyə və Azərbaycan ortaq sərhəd təhlükəsizliyi məsələsini müzakirə edib

7411c693 38f7 388f 8513 48161662a248

Türkiyənin Iğdır şəhərində Türkiyə və Azərbaycan sərhədində görüləcək təhlükəsizlik tədbirləri ilə bağlı görüş keçirilib. “Qərb Xəbər” bildirir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. Bildirilib ki, Iğdır valiliyində keçirilən görüşdə Türkiyə heyətinə vali Ercan Turan, Naxçıvan Muxtar Respublikasından getmiş heyətə isə polkovnik Bəhmən Babayev rəhbərlik edib. İclasda ortaq sərhəd təhlükəsizliyi məsələsi müzakirə olunub. Toplantının sonunda … Read more

Kanada Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına müşahidəçilər göndərəcək

653a350101c48653a350101c491698313473653a350101c3a653a350101c47

Kanada yaxın zamanda Ermənistana müşahidəçilər göndərəcək. “Qərb Xəbər” məlumat verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan brifinq zamanı deyib. Onun sözlərinə görə, Kanada XİN rəhbəri Melani Coli ölkəsinin Ermənistana müşahidəçi göndərmək arzusunu bildirib və əlavə edib ki, Kanada Avropa İttifaqına üzv olmayan dövlətlər arasında belə bir təkliflə çıxış edən ilk ölkə olacaq. … Read more

MN: Qarabağda antiterror tədbirlərindən sonra aşkarlanan sursatların bir qismi 2021-ci ildə istehsal edilib – FOTO

653a3b826b945653a3b826b9461698315138653a3b826b940653a3b826b942

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan “TOS-1A” odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin … Read more

Şəkidə qızılca infeksiyasının yayılması ilə bağlı son vəziyyət açıqlanıb

Indir (60)

Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qızılca infeksiyası ilə bağlı 25 nəfərdə yoluxma faktı qeydə alınıb. 25 sentyabr tarixindən başlayaraq uşaqlar arasında səpki ilə müşayiət olunan xəstəlik aşkar olunub. Bu barədə “Qərb Xəbər” bildirir ki, Şəki rayon​ Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri Fəhimə Paşayeva məlumat verib. Şöbə müdiri bildirib ki, bu infeksiya … Read more

Şəmkirdə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb

9a9dfeb0 1c7d 3cf9 9809 fdfde1afb5da

Şəmkir Rayon Polis Şöbəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı apardıqları mübarizə çərçivəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən şəxslər saxlanlıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qərb Xəbər”ə verilən məlumata görə,  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şübhəli şəxslər ərazi üzrə polis orqanlarına gətirilib. Rayon sakinləri İsmət Rzayev, Rasim … Read more

Əli Əsədov Tbilisidə konfransda Nikol Paşinyana cavab verib

544b47be e276 30c6 ae90 3f14b0d83dc3

“Azərbaycanın beş qonşu ölkəsindən dördü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Ermənistanın baş naziri Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi”. “Qərb Xəbər” bildirir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda bildirib. “Azərbaycan … Read more

Fələstin lideri Rusiyaya səfər edəcək

008fadbc 93a9 36a3 967f 11ad71fbe312

Fələstin dövlətinin başçısı Mahmud Abbas tezliklə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. “Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. Onun sözlərinə görə, Mahmud Abbas Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək Fələstində, xüsusilə Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək. İ.Babayeva

Kəlbəcər, Laçın və Şuşada Azərbaycan brendi olacaq mineral sular istehsal ediləcək

Indir (56)

“Kəlbəcər, Laçın və Şuşada mövcud termal mineral su yataqlarında Azərbaycan brendi ola biləcək terminal su istehsalının ilkin mərhələsindəyik”. “Qərb Xəbər” bildirir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev Beynəlxalq Geologiya-Mədənçilik Forumunda Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycan üçün perspektivləri mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib. Onun sözlərinə görə, son araşdırmalara … Read more

Kəmaləddin Heydərovun Tovuzda vətəndaşları qəbul tarixi dəyişib

Indir 2023 10 26T123432.022

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Tovuz şəhərində vətəndaşların qəbulunun tarixi dəyişib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd olunub ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 27-də Tovuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək oktyabrın 28-nə təyin edilib. R.Carçılı

Ukraynada müharibədə ölən uşaqların sayı 509-a çatıb

Indir 2023 10 26T121106.792

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində ölən ukraynalı uşaqların sayı 509-a çatıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun “Telegram” hesabında məlumat verilib. Bildirilib ki, ötən ilin fevralından başlayan Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində bu günədək Ukraynada 509 uşaq ölüb, 1139-dan çox uşaq yaralanıb. Baş Prokurorluq bildirib ki, bu məlumatlar yekun deyil, aktiv … Read more