Arutyunyan həbs olunarkən – Fotolar

Dddd

Xəbər verdiyimiz kimi Qarabağda qondarma rejimin “prezidenti” olmuş  Araik Arutyunyan ötən gün saxlanılaraq Bakıya gətirilib. “Qərb Xəbər” Araik Arutyunyanın saxlanılma anından fotolar əldə edib.  

İran Ermənistanla sərhədimizə “qüvvə” göndərmək istəyir

Iran ordu

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bagiri ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə İran mediası məlumat yayıb. Bagiri bölgədə gərginliyin davam etməsinin Ermənistan və Azərbaycanla yanaşı regionun digər ölkələrinin də maraqlarına zidd olduğunu deyib. Tehranın Azərbaycan və Ermənistan arasında problemlərin həllinə kömək … Read more

XİN: “Fransanın Ermənistanı silahlandırmağa çalışması qəbuledilməzdir”

Indir 2023 10 04T121611.074

“Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Rəsmi Parisin bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır”. “Qərb Xəbər” bildirir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanda mətbuat konfransı zamanı səsləndirdiyi … Read more

“Araik bu gün dindirilib” – Vəkili DANIŞDI

Terrorist araik arutyunyan

Xankəndində saxlanılaraq Bakıya gətirilən qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub. “Qərb Xəbər” bildirir ki, Araik Arutyunyanın hüquqlarını vəkil Alov Səfərəliyev müdafiə edəcək. Alov Səfərəliyev sosial media hesabında yazıb ki, bu gün Araik dindirilib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu … Read more

Meyitinin qalıqları 31 il sonra Daşaltıda tapılan şəhidlə vida mərasimi keçirilir

100908

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir. “Qərb Xəbər” bildirir ki, Xətai rayonunda baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edir. Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan … Read more

Dünya çempionatı: ilk gündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq

46521161 2cf0 329e 827c b9280b2ed406

Bu gün Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatına start veriləcək. “Qərb Xəbər”in məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 5 üzvü mübarizə aparacaq. Oğlanlar arasında Nizami İmranov (60 kq) və Aydın Rzayev (66 kq) tatamiyə çıxacaqlar. Qızlardan isə Könül Əliyeva 48 kq, Aydan Vəliyeva ilə Xədicə Qədəşova isə 52 kq çəki dərəcəsində … Read more

DİN: Qarabağda antiterror tədbirlərindən sonra ərazilər qarış-qarış yoxlanır

651d0a51dced0651d0a51dced11696402001651d0a51dcece651d0a51dcecf

Qarabağda lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarəti altına keçən ərazilərdə aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir. “Qərb Xəbər” bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.   “Əməkdaşlar tərəfindən Vətən torpaqları qarış-qarış yoxlanılır. Aşkarlanan mina və digər təhlükələr zərərsizləşdirilir”, məlumatda deyilir.

Azərbaycan millisi Avropa ikincisi oldu

Gulesh

Bakıda keçirilən kəmər güləşi üzrə 3-cü Avropa çempionatı başa çatıb. “Qərb Xəbər” bildirir ki, yarışı 30 medalla başa vuran Azərbaycan millisi komanda hesabında ikinci yeri tutub. Qeyd edək ki, Azərbaycan idmançıları qitə çempionatında 1 qızıl, 6 gümüş və 23 bürünc medal qazanıblar.

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

244558

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 890 hərbçisi məhv edilib. “Qərb Xəbər” bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 745 tank, 9 026 zirehli maşın, 6 612 artilleriya sistemi, 802 RYAS (reaktiv yaylım atəşi sistemi), 540 hava hücumundan müdafiə sistemi, 315 … Read more

Rusiya erməni deputatlara sanksiyalar tətbiq edə bilər

Dazx

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı var”. “Qərb Xəbər” məlumat verir ki, bunu rusiyalı deputat Aleksey Çepa deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi ilə baş verir: “Belə davranışlara görə parlament üzvləri də məsuliyyət daşıyırlar”. Qeyd … Read more

Ukrayna Ordusu Rusiyaya məxsus 41 PUA-nı zərərsizləşdirib

35c5a201 e18a 3178 b675 9a28784797f2

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus daha 41 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. “Qərb Xəbər” bildirir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı yayıb. Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib. Məlumata görə, ötən sutka ərzində Rusiyanın 450 hərbçisi zərərsizləşdirilib. Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 890 … Read more

Xankəndidəki küçələrin yeni adları – Foto

Xankendi

Xankəndi şəhərində küçə və prospekt adları yenilənib. “Qərb Xəbər” bildirir ki, bu barədə “Xankəndi şəhəri” X səhifəsində məlumat paylaşıb və şəhərin xəritəsini yerləşdirib. Xəritədə Azərbaycan, Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva, Həsən Əliyev, Şirin Mirzəyev, Polad Həşimov, 20 Yanvar, Maksim Qorki, Pənahəli Xan, Məhəmməd Əsədov, Həzi Aslanov, Hüseyn Cavid, İsmət Qayıbov, Əliyar Əliyev, Həsən Seyidbəyli, Özbəkistan, … Read more

Gəncə terrorundan 3 il keçdi

Dd092df8 d4dc 335f abe7 36b9227e2b5d

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür. “Qərb Xəbər” bildirir ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Düşmən tərəfindən Gəncənin bombalaması … Read more

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri açıqlanıb

Dim

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. DİM-dən “Qərb Xəbər”ə bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər. Tam (11 illik) orta təhsil … Read more

Fransa Ermənistana hərbi texnika verəcək

Indir 2023 10 04T085500.368

Paris gələcəkdə İrəvanla Ermənistana hərbi texnikanın verilməsini mümkün edəcək saziş bağlamağa razılaşıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib. “Fransa gələcəkdə Ermənistana öz təhlükəsizliyini təmin etmək üçün hərbi texnika verməyə imkan verəcək saziş imzalamağa razılıq verib. Hələlik bu barədə ətraflı danışa … Read more

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Indir 2023 10 04T085038.946

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 3 il ötür. “Qərb Xəbər”in məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.     Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli … Read more

Putinin “cəza mexanizmi” işə düşür – Ermənistana qarşı atılacaq dörd addım

Vladimir Putin

“Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya edən İrəvan Putinin Ermənistana gələcək səfərlərini blokladı”. “Qərb Xəbər” Teleqraf.com  istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Paşinyanın birbaşa təlimatı ilə qəbul edilən qərar Rusiyaya qarşı demarşdır: “Qanun layihəsi oktyabrın 7-də – Putinin doğum günündə qüvvəyə minəcək. Yəni Paşinyandan “ad günü hədiyyəsi”… Başqa sözlə, … Read more

Bir gün Robert Köçəryan və Serj Sərkisyan üçün “Eyxman əməliyyatı”nın keçirilə biləcəyinə şübhə ilə yanaşmamalıyıq

Asif

Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanması, ümumilikdə əli qana batan erməni cinayətkarların cəzalandırılması bir neçə aspektdən tarixi əhəmiyyət kəsb edir: – Bu separatçılardan biri, yaxud hamısı Ermənistana keçə bilsəydi, “mühacir lider” olacaqdılar; erməni separatizminin məhv edilməsindən sonra “başçılarının” Bakıya gətirilməsi qondarma “artsax” ideyasına vurulan zərbə, eləcə də Azərbaycana qarşı separatizm meyillərinin üzləşəcəyi taleyin … Read more