Türkiyədən xəbərdarlıq: Böyük müharibə ola bilər

Indir 2023 10 21T085219.082

Qəzza zolağında mövcud böhran həll olunmazsa, regionda daha böyük müharibəyə səbəb ola bilər. “Qərb Xəbər” məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə müsahibəsində deyib. “Bizim qarşımızda iki seçim var: Ya böhran həll olunacaq və uzunmüddətli sülhə gətirib çıxaracaq, ya da bizi dəhşətli alternativ gözləyir – regionda uzun və genişmiqyaslı müharibə … Read more

Ağrı dağına iddiadan əl çəkirlər – Paşinyan hərəkətə keçdi

Nikol paşinyan

Ermənistan hökuməti ölkənin gerbinin dəyişdirilməsi ideyasından əl çəkməyib. Bunu  Ermənistanın təhsil naziri Janna Andreasyan deyib. Onun sözlərinə görə, ideya gündəmdə qalsa da, hələlik bununla məşğul olacaq müvafiq komissiya formalaşdırılmayıb. “Hazırda heç bir formatda işçi qrupu yoxdur. Əlbəttə, məsələ formalaşıb və biz bu haqda düşünməliyik, amma hələlik konkret iş prosesi yoxdur”, – deyə CGMS naziri əvvəllər … Read more

Nikol “qırmızı beretli”ləri ora göndərdi

Ermeni aksiya

Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”nin binasına çoxlu sayda “qırmızı beretli” göndərilib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, hazırda onların bir hissəsi “nümayəndəliyin” binasında, bir hissəsi isə çöldə yerləşdirilib. Qeyd edək ki, bu gün İrəvanda vətəndaşlar etiraz aksiyasından sonra Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”nin binasına daxil olmuşdular.

Lavrov: İsrail Fələstinlə bağlı BMT qətnaməsini pozur

Sergey lavrov

Rusiya BMT Təhlükəsizlik Şurasının 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması zərurətinə dair qərarlarına sadiqdir. “Qərb Xəbər” məlumat verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” kanalının “60 dəqiqə” proqramına müsahibəsində bildirib. Biz BMT Təhlükəsizlik Şurasının heç kimin ləğv etmədiyi və heç kimin imtina etmədiyi qərarlarına sadiqik. Bu qətnamələr 1967-ci il sərhədlərinə əsaslanan, … Read more

Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib

44c89ced e4a6 3cf9 aede d27661b4b1fe

“Mustafa Kamal Atatürk – 2023” təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 təyyarələri oktyabrın 20-də ölkəmizə gəlib. Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə … Read more

İlham Əliyev: “Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir”

Ilhammmmmmmmmmmmmm

“Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir”. “Qərb Xəbər”in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb. “XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində … Read more

DİM sədri: Yüksək bal toplayan tələbələrdən 14-ü kənd məktəbinin məzunlarıdır

Indir 2023 10 20T130729.015

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev və Prezident Təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” mövzusunda tədbir keçirilib. “Qərb Xəbər” məlumat verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ali təhsil müəssisələrinin rektorları, 2001 və … Read more

Tovuz Peşə Liseyinin keçmiş direktoruna hökm oxunub

01ba8e8d e5b9 3bf7 a712 b73a185f3967

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevə hökm oxunub. “Qərb Xəbər”in əldə etdiyi məlumata görə, o, dövlət büdcəsindən peşə məktəbinə ayrılmış vəsaitin, həmçinin liseydə işləyən müəllimlərin adına əlavə dərs saatları yazaraq pulunu mənimsəməkdə ittiham olunub. Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesin yekununda Tanrıverdi Tanrıverdiyev 3 il müddətinə dövlət və yerli … Read more

Prezident Ermənistanla sülh müqaviləsinin tezliklə imzalanması ilə bağlı niyyətini bir daha bəyan edib

65322e419844e65322e419844f16977874570a6e414c14a42ae0703757160cef41d9

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib. “Qərb Xəbər” bildirir ki, Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir … Read more

Prezident ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib

653228663ca51653228663ca521697785958653228663ca4f653228663ca50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib. “Qərb Xəbər” bildirir ki, görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə … Read more

Noyabr ayında ardıcıl 5 gün iş olmayacaq

B69bf7ae 17be 4734 93d2 4fd3e043b1de

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. “Qərb Xəbər” məlumat verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və … Read more

“Artsaxın operativ qərargahı” da ləğv edildi

Ermenistan (1)

İrəvanda fəaliyyət göstərən “artsaxın operativ qərargahı” fəaliyyətini dayandırıb. “Qərb Xəbər” məlumat verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, bundan sonra Qarabağdan köçən ermənilərlə bağlı səhiyyə, təhsil, sosial yardım və digər bu kimi məsələlər daxil olmaqla, dəstək işini Ermənistan Respublikası Hökumətinin Humanitar Mərkəzi həyata keçirəcək.

Şəmkirdə Dini radikalizim və ekstremizin durdurulmasına dair sesiya keçirilib

Indir 2023 10 20T104845.848

“Qərb Xəbər”ə verilən məlumata görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmkir Rgional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi 17 oktyabr 2023-cü ildə Şəmkir rayon Heydər Əliyev Mərkəzində “Radikal dini cərəyanların və ekstremizmin durdurulmasında mübarizə tədbirlərinin təşkili” mövzusunda məlumatlandırma sessiyaları təşkil edilmişdir. Radikal qruplara qarşı mübarizə bütün İslam dünyasının vəzifələrindən … Read more

Politoloq:Ermənilərin yeni planı

Asif

Avropa Şurası Nazirlər Kabineti Azərbaycana ermənilərin Qarabağa “təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına şəraitin yaradılması” çağırışını edib. Və bu, Avropa strukturları tərəfindən edilən neçənci çağırışdır. Lakin burada bir neçə ziddiyyətli məqam xüsusilə diqqət çəkir. Birincisi, Azərbaycan ermənilərin Qarabağı tərk etməsini istəmədiyi halda “deportasiya” ittihamı ilə üzləşir; İkincisi, Azərbaycan ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıdışına şəraitin yaradıldığını … Read more

Müdafiə Nazirliyi: “Qarabağda partlayıcı qurğularla dolu anbarlar aşkarlanıb” – FOTO

Ec420a7a 161d 37d7 a242 67d41c087a95

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib. Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib. Aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla … Read more

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

A3bfb5e3 e96c 345a 98fc 655b44b4735b

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 21-22 oktyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə reyslər təyin edib. “Qərb Xəbər” məlumat verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilir ki, qatar Bakıdan Ağstafa istiqamətində 08-25-də, əks istiqamətdə isə 17:00-da yola düşəcək. Bununla yanaşı Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar … Read more

Tbilisidə Azərbaycan Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib

C25dd377b4b539deb1cd3383769a03ea

Tbilisi Dövlət Konservatoriyasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 32-ci ildönümünə həsr olunmuş “Klassik Musiqi Gecəsi” adlı konsert proqramı təşkil edilib. “Qərb Xəbər” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, konsert Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Xan Şuşinski Fondu və Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlılarla … Read more