Bölgə xəbərləri

15 hektar sahədə meşəbərpa tədbirləri aparılır

3 yanvar / 22:06 2 dəq
63b415ef48ca363b415ef48ca4167274647963b415ef48c9f63b415ef48ca1
3 yanvar / 22:06
Burada sizin reklamınız ola bilər

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları ölkə ərazisində əlverişli hava şəraitindən istifadə edərək bayram və tətil günlərində də meşəbərpa tədbirləri aparır.

“Qərb Xəbər” bildirir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, hazırda Siyəzən, Masallı, Şamaxı, Şəki və Bərdə rayonlarının meşə fondu torpaqlarında meşə əkini və səpini işləri həyata keçirilir, ümumilikdə 15 hektar sahədə tut, akasiya, ağcaqayın, göyrüş ağacları əkilir, palıd toxumu səpilir.

“Şəmkir, Sabirabad, Ağcabədi, Göygöl, Quba, Qəbələ, Lənkəran və digər rayonların meşə sahələrində də meşəbərpa tədbirlərinin aparılması məqsədilə torpaq hazırlıq işləri yerinə yetirilir”.

C.Qəribov onu da qeyd edib ki, əkinlərdə istifadə etmək məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində ting yetişdirilməsi üçün tədarük olunan toxumların səpini işləri də davam etdirilir.

Apa.az

Paylaş
Burada sizin reklamınız ola bilər