𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝟏𝟎𝟎𝟎 ə𝐝ə𝐝 𝐲𝐞𝐫𝐥𝐢 𝐭𝐮𝐭 𝐭𝐢𝐧𝐠𝐢 ə𝐤𝐢𝐥𝐢𝐛
Şəmkir rayonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunmuş 1000 ədəd tut tingi əkilib.
“Qərb Xəbər”bildirir ki, tinglər Düyərli, Sarıtəpə və Kür qəsəbəsi ərazisində əkilir. Görülən işlər başa çatmaq üzrədir.
Kümçülərlə söhbətində Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilir və bu sahənin rayonda inkişafı gələcəkdə sakinlərin sosial rifah halının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına da şərait yaradacaq.




