𝐒̧ə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐚𝐛𝐚𝐝𝐥ı𝐪-𝐪𝐮𝐫𝐮𝐜𝐮𝐥𝐮𝐪 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐝𝐚𝐯𝐚𝐦 𝐞𝐭𝐝𝐢𝐫𝐢𝐥𝐢𝐫
Şəmkirin yolları təmir olunur, küçələr yenidən qurulur.
“Qərb Xəbər” bildirir ki, Şəmkir şəhərinin M.C.Paşayev, İ.Məmmədov, R.Rəhimov, M.Ə.Rəsulzadə, F.Əhmədov küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Görülən işlər çərçivəsində fərdi yaşayış evlərinin, hasarların fasadlarında bərpa və rənglənmə işləri görülür, aşağı hissələrə aqlay və təbii qaya daşları vurulur.
Həmçinin Şəmkir rayonunda əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması istiqamətində görülən işlər davam etdirilir.




