Siyasət

Ərdoğandan çağırış: Atəşkəsi təmin edin – Video

29 mart / 11:31 1 dəq
Erdogan
29 mart / 11:31
Burada sizin reklamınız ola bilər

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında danışıqlardan əvvəl hər iki ölkənin nümayəndə heyətləri ilə görüşüb.

 

“Qərb Xəbər” məlumat verir ki, Ərdoğan ilk olaraq nümayəndə heyətlərini salamlayıb:

“Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün danışıqlar prosesinə fayda verəcəyinə ümid edir. Ukraynadakı vəziyyət Rusiya və Ukraynanın qonşu və dostu olan Türkiyəni dərindən kədərləndirir”.

Bununla yanaşı, Türkiyə Prezidenti tərəfləri atəşkəs rejiminin tətbiq edilməsinə çağırıb.

Onun sözlərinə görə, Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətlərinin işinin asanlaşdırılması üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır.

“Münaqişənin uzadılması heç kəsə faydalı deyil. Müharibədə qalib tərəf olmur”, – deyə Ərdoğan vurğulayıb. / TASS

 


qərbxəbər.com

Paylaş
Burada sizin reklamınız ola bilər