Dünya

Ərdoğan Putinlə görüşəcək

30 iyul / 14:36 2 dəq
Putin erdogan new
30 iyul / 14:36
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan görüş barədə razılaşıblar.

Qərb xəbər bildirir ki, bu barədə Rusiya prezidenti mətbuat konfransında deyib.
Putinin sözlərinə görə, tərəflər arasında görüşün hələ Türkiyədəki seçkiöncəsi gerçəkləşdirilməsi planlaşdırılsa da, sonradan məqsədəuyğun hesab edilməyib:

“Razılaşdıq ki, görüşəcəyik, ya o bizə gələcək, ya da mən onun yanına gedəcəyəm – baxacağıq”, – Putin deyib.

Dövlət başçısı əlavə edib ki, Ərdoğan onu hələ seçkilərdən öncə dəvət edib, lakin mümkün “spekulyasiya” səbəbindən bunu etməmək qərarına gəlib:
“Bu, nə ona, nə də mənə lazım deyil. Biz görüşümüzü başqa vaxta təyin etmək qərarına gəldik, lakin biz bunun harada, yəni ya bizdə, ya da Türkiyədə olacağını hələ aydınlaşdırmamışıq”.
Paylaş
Burada sizin reklamınız ola bilər