Ərdoğan doğum günündə Xocalıya gələcək…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Qerbxeber.com Globalinfo.az -a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı məlumat verib.
O, iş adamları ilə görüşdə Türkiyə liderinin Xocalıya səfər edəcəyini vurğulayıb.
Bağçı səfərin bu il baş tutacağını bildirib. Dəqiq tarix açıqlanmayıb.
Daha əvvəl Ərdoğanın fevralın 26-da Xocalıya gəlmək istədiyi haqda xəbər yayılmışdı. Bildirilirdi ki, Ərdoğan yaxın ətrafına fevralın 26-da – doğum günündə Xocalıda olub soyqırım qurbanlarını yad etmək istədiyini deyib.




