Ərdəbil və Təbriz şəhərlərində etiraz aksiyaları keçirilib
İranın başqa bir neçə şəhərdə də baş tutan aksiyalarda hökumətin təqaüdçüləri aldatdığı barədə şüarlar səsləndirilıib.
“Qərb Xəbər” bildirir ki, inflyasiya və bahalığın yüksək səviyyəyə çatdığını deyən etirazçılar təqaüdlərin artırılması ilə bağlı vədlərin yerinə yetirilmədiyini bildiriblər.
Aksiyalarda “Suriyanı burax bizi düşün”, “yalançı Rəisi verdiyin vədlərin hanı” və başqa bu kimi şüarlar verilib.
Günaz.tv




