Bölgə xəbərləri

Əliyevlə Paşinyanın görüşünü səbirsizliklə gözləyirik – Şarl Mişel

30 may / 14:41 1 dəq
1685442713 445552118 0 0 801 451 1920x0 80 0 0 03808ecd3c7d2bb598e2db855513aa46
30 may / 14:41
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik.

 

Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel özünün “Twitter” hesabında yazıb.

 

“Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq vacibdir.

 

Bakı ilə keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq indi mühüm əhəmiyyət kəsb edir.

 

Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxta ehtiyac var. Cəsarətli qərarlar lazımdır”, – deyə Mişel vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər