Sosial

Əlillərin hüquqları sahəsində monitorinq keçiriləcək – Qərar

12 sentyabr / 10:44 2 dəq
90daa03f f836 4541 87fe 977590146a40
12 sentyabr / 10:44
Burada sizin reklamınız ola bilər

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının təminatı, təşviqi və qorunması dövlətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə dövlət tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının dövlət monitorinqi aparılacaq.

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir.

Qərarda qeyd olunub ki, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Nazirlik monitorinqi Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və strukturuna daxil olan digər qurumlar vasitəsilə həyata keçirəcək.

Eyni zamanda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə Nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır.

Paylaş
Burada sizin reklamınız ola bilər