Kateqoriyasız

Əkinçilərə verilən subsidiyanın məbləği açıqlanıb

23 iyun / 11:48 1 dəq
60d2e25eb86a460d2e25eb86a5162443324660d2e25eb86a260d2e25eb86a3
23 iyun / 11:48
Burada sizin reklamınız ola bilər

Bu il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 mln. manatdan çox subsidiya ödənilib.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.

Subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. Monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcəklər. Hazırda AKİA tərəfindən digər subsidiyaların ödənişləri də həyata keçirilir. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 mln. manatdan çox subsidiya ödənilib.

Paylaş
Burada sizin reklamınız ola bilər