Dünya

Zurabişvili: “Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə daxil olacaqlar”

13 noyabr / 08:51 1 dəq
6550da4ae48926550da4ae489316997975786550da4ae488f6550da4ae4890
13 noyabr / 08:51
Burada sizin reklamınız ola bilər

Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına üzv olmasını təklif edib.

“Qərbxəbər.com” məlumat verir ki, o, bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib.

O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Xeyr, düşünürəm ki, bu, eyni zamanda baş verəcək” deyə cavab verib.

“Bu, 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini deyə bilmərəm, necə deyərlər, növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq”, – Zurabişvili əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər