Dünya

Zelenskinin Ofisi: Qərb Ukraynaya vəd olunan silah-sursat təchizatını gecikdirir

24 yanvar / 14:28 1 dəq
679360a189c0d679360a189c0e1737711777d71473786d29274a0d1f2aa1d39b85f6
24 yanvar / 14:28
Burada sizin reklamınız ola bilər

“Qərb Kiyevə vəd olunan silah-sursat təchizatını gecikdirir. Bizə silahların yalnız üç həftə sonra göndəriləcəyini deyirlər, amma üç ay sonra belə vəziyyət dəyişmir”.

Qerbxeber.com xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak yerli “24-cü kanal”ın efirində deyib.

O bildirib ki, Qərbin səfərbərlik yaşını 18-dək endirilməsi yönündəki çağırışları öz günahını gizlətmək məqsədi daşıyır:

“Bizdə silah çatışmazlığı var. Sizcə, onlar niyə səfərbərlik yaşının 18-ə endirilməsini təklif edir? Gəlin açıq danışaq. Bu təklif silah təchizatının gecikdirilməsinə görə ümumi məsuliyyətin bir hissəsini üzərindən atmağa yönəlib”.

Paylaş
Burada sizin reklamınız ola bilər