Dünya

Zelenskinin Ofis rəhbəri: 2024-cü il müharibədə həlledici il olacaq

14 noyabr / 15:18 1 dəq
655343790e9bb655343790e9bc1699955577655343790e9b8655343790e9ba
14 noyabr / 15:18
Burada sizin reklamınız ola bilər

2024-cü il müharibədə həlledici il olacaq.

“Qərb Xəbər” “Bloomberg“ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Ermak Vaşinqtonda Hudson İnstitutunda çıxış edərkən deyib.

Müharibədə dönüş nöqtəsinin yaxınlaşdığını deyən Yermak qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir, Ukrayna hərbçiləri Dnepr çayının sol sahilində möhkəm dayanıb və Ukrayna Prezidenti Vladimir Zelenski qələbəni necə əldə edəcəyini bilir.

Zelenskinin ofisinin rəhbəri həmçinin, qış yaxınlaşdıqca, Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər