Dünya

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişib

10 fevral / 09:30 1 dəq
65c684a37cb1865c684a37cb19170750889965fdd2d9bb4efbc32d4693e9929b671e
10 fevral / 09:30
Burada sizin reklamınız ola bilər

Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisi Sergey Şaptalanı vəzifəsindən azad edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib.

Onun yerinə ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Barhileviç təyin edilib.

“Bu iki ildir davam edən müharibədə göstərdiyi xidmətə görə, general-leytenant Sergey Şaptala təşəkkür edirəm. Ali Baş Komandan Aleksandr Sırskinin təklifi ilə Baş Qərargah rəisi vəzifəsinə general-mayor Anatoli Barhileviçi təyin etdim”, -deyə bildriilib.

Paylaş
Burada sizin reklamınız ola bilər