Dünya

Zelenski: Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək

17 fevral / 09:56 1 dəq
67b220556583c67b220556583d173972693367b220556583a67b220556583b
17 fevral / 09:56
Burada sizin reklamınız ola bilər

Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək və onları geri qaytarmaq üçün diplomatik yollar axtaracaq.

Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Hüquqi olaraq biz işğal olunmuş ərazilərimizi Rusiya ərazisi kimi tanımayacağıq. Biz bunu heç vaxt etməyəcəyik”, – Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna ərazilərin qaytarılmasının diplomatik yolunu müzakirə etməyə hazırdır, xüsusən də ona NATO-ya üzvlük zəmanəti verilərsə.

Dövlət başçısı həmçinin bildirib ki, o, hələ də Ukraynanın müharibədə hərbi yolla qalib gəlməsinin mümkün olduğuna inanır.

Paylaş
Burada sizin reklamınız ola bilər