Dünya

Zelenski Trampla danışıqları erkən tərk edib

28 fevral / 23:37 1 dəq
8b2d9184 Fcc8 34d9 8205 23965a6628df 850
28 fevral / 23:37
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.

Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın “Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ evin Qərb Qanadının qapısına yaxınlaşıb.

Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər