Dünya

Zelenski Səudiyyə Ərəbistanına səfər edib

11 mart / 12:14 1 dəq
67cf87c0e24b367cf87c0e24b4174165395267cf87c0e24b167cf87c0e24b2
11 mart / 12:14
Burada sizin reklamınız ola bilər

Martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

Qerbxeber.com bu barədə “Ukrinform“a istinadla xəbər verir.

“Prezident Volodimir Zelenski bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib”, – deyə “Ukrinform“ Ukrayna rəsmisinə istinadən yazır.

Xatırladaq ki, sabah Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Daha əvvəl məlum olub ki, V.Zelenski bu danışıqlar ərəfəsində Səudiyyə Ərəbistanına səfər edəcək, lakin nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər