Dünya

Zelenski: NATO Rusiya hücumlarına effektiv cavab verməlidir

13 sentyabr / 10:34 1 dəq
Zelenski
13 sentyabr / 10:34
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, NATO-nun Rusiyanın dron hücumuna effektiv cavab vermək imkanı var.

Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, bu fikirləri o Kiyevdə keçirilən “Yalta European Strategy” forumunda səsləndirib.

Zelenski hesab edir ki, Rusiyanın hücumu Qərbi və NATO-nu sınağa çəkərək onların “qırmızı xətlərini” irəli çəkmək məqsədi daşıyıb.

“Güclü cavablar lazımdır. Məsələn, Ukraynaya indiyədək verilmədiyi silahlar verilməlidir”, — deyə prezident vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər