Bölgə xəbərləri

Zelenski ilə Baydenin görüşünün təfərrüatları məlum olub

21 may / 23:21 2 dəq
9c68ec31 5ba6 3915 b4b3 f85f6e2d99f6
21 may / 23:21
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Ukraynaya artıq 37 milyard dollardan çox olan güclü maliyyə yardımına, habelə amerikalı həmkarı Cozef Baydenin elan etdiyi 375 milyon dollar məbləğində yeni hərbi yardım paketinə görə təşəkkür edib.

Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

“Xalqımızdan böyük təşəkkürlər. Mən şadam ki, bizim belə güclü münasibətlərimiz var”, – Zelenski bildirib.

O, ABŞ Prezidentinin beynəlxalq aviasiya koalisiyasına dəstək qərarını xüsusən qeyd edib.

Liderlər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığı, həmçinin Ukrayna sülh formulunun gerçəkləşdirilməsi məsələsini müzakirə ediblər.

Prezidentlər Ukraynanın yenidən qurulması və bərpası layihələri ətrafında fikir mübadiləsi aparıblar.

Volodimir Zelenski ayrıca Ukraynanın Avro-Atlantik inteqrasiyası və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələlərinə də toxunub. Dövlət başçısı ölkəsinin Alyansa daxil olmasından öncə Ukrayna üçün təhlükəsizlik təminatının alınmasının vacibliyini qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər