Zelenski: “Gələn il dönüş nöqtəsi olacaq”
“Gələn (2023-cü) il Ukrayna üçün dönüş nöqtəsi olacaq”.
24News.ge xəbər verir ki, bu sözləri Ukrayna Prezdenti Volodimir Zelenski ABŞ Konqresində çıxışı zamanı deyib. O bildirib ki, Ukrayna xalqı yorulmadan azadlıq mübarizəsi aparır: “Gələn il dönüş nöqtəsi olacaq. Bilirəm. Bu, Ukraynanın cəsarəti və amerikalıların qətiyyətinin öz dəyərlərini müdafiə edən insanların azadlığını təmin edəcəyi məqamdır. Ukrayna yıxılmayıb, Rusiyanın genişmiqyaslı işğalına baxmayaraq yaşayır və hələ də mübarizə aparır. Rusiya tiranlığı Ukrayna üzərində nəzarəti itirib. Bu, bir daha heç vaxt Ukrayna xalqının şüuruna təsir etməyəcək”
. Onun sözlərinə görə, Ukrayna heç vaxt ABŞ ordusundan Rusiyaya qarşı döyüşməyi xahiş etməyib: “Ukrayna Silahlı Qüvvələri Amerika texnikasını məharətlə idarə edə bilir. Rusiya təcavüzünü dayandıra bilər, lakin ABŞ-ın onu sürətləndirmək imkanı mövcuddur”, – deyə Zelenski vurğulayıb.
Zelenski Konqres üzvlərini təcavüzə görə terrorçuları məsuliyyətə cəlb etmək üçün Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. Ukrayna prezidentinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden onun 10 bəndlik sülh planını dəstəkləyib və Konqresin hər bir üzvünün onun həyata keçirilməsinə töhfə verə biləcəyini vurğulayıb.




