Bölgə xəbərləri

Zelenski Baş katiblə Ukraynanın NATO-ya inteqrasiyasını müzakirə edib

22 iyul / 19:23 1 dəq
Nato ukrayna
22 iyul / 19:23
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub, tərəflər Kiyevin alyansa inteqrasiyası üçün gələcək addımları müzakirə ediblər.

Bu barədə “RBC-Ukrayna” Ukrayna liderinin teleqram kanalına istinadən məlumat yayıb.

“Biz alyansın Vilnüs sammiti zamanı əldə olunmuş razılaşmaların icrasını, eləcə də Ukraynanın NATO-ya inteqrasiyası üçün gələcək fəaliyyətləri müzakirə etdik”, – məlumatda bildirilir.

Söhbət zamanı tərəflərin Qara dənizdəki mövcud vəziyyət və bunun qlobal ərzaq təhlükəsizliyi üçün yaratdığı risklər barədə də öz qiymətləndirmələrini bölüşdükləri vurğulanır.

Bundan əlavə, danışıqlar zamanı Qara dəniz taxıl dəhlizinin blokdan çıxarılması və davamlı fəaliyyəti üçün zəruri olan prioritet addımlar müəyyən edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər