Dünya

Zelenski: Ballistikanın yaradılmasını mümkün qədər sürətləndirməliyik

3 may / 09:42 1 dəq
Zelenski unufirmda
3 may / 09:42
Burada sizin reklamınız ola bilər

Ukraynada ordu rəsmilərinin iclası zamanı ölkənin raket proqramı ətraflı müzakirə edilib və ballistik raketlərin yaradılmasının mümkün qədər sürətləndirilməsi tapşırığı verilib.

Qerbxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Mən qərargahın iclasını keçirdim. Bizim briqadaların təminatı, bölmələrin ştat cədvəli ilə bağlı hesabatlar var idi. Həm də – Ukraynanın raket proqramı, raket işlərimiz, istehsalımız haqqında çox ətraflı məlumat verildi. Məqsəd Ukrayna ballistikasının yaradılmasını mümkün qədər sürətləndirməkdir. Bizim uzaq mənzilli imkanlarımız Ukraynanın təhlükəsizliyinə aydın və effektiv təminatdır”, – o bildirib.

Onun sözlərinə görə, iclas zamanı hərbi aviasiyanın inkişafı ilə bağlı müşavirə də keçirib.

Paylaş
Burada sizin reklamınız ola bilər