Zərərsizləşdirilən rus hərbçilərin sayı 10 minə yaxınlaşır – Ukrayna rəsmən açıqladı
ADDS THAT THE PERSONNEL CARRIER IS RUSSIAN - A Russian armored personnel carrier burns amid damaged and abandoned light utility vehicles after fighting in Kharkiv, Ukraine, Sunday, Feb. 27, 2022. The city authorities said that Ukrainian forces engaged in fighting with Russian troops that entered the country's second-largest city on Sunday. (AP Photo/Marienko Andrew)
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 9 166 nəfər zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.
Bundan başqa, işğalçı qüvvələrin 33 təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli döyüş maşını, 105 artilleriya qurğusu, 18 hava hücumundan müdafiə sistemi, 50 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 404 avtomobil texnikası məhv edilib.
“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.




