Kateqoriyasız

Yeni yoluxma sayı

20 dekabr / 16:38 1 dəq
3c32742c 6de7 37a0 b456 61e5d92396c5
20 dekabr / 16:38
Burada sizin reklamınız ola bilər

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 577 yeni yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 338 nəfər müalicə olunaraq sağalıb, 8 208 nəfər vəfat edib, aktiv xəstə sayı 15349 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 777, ötən müddət ərzində isə ümumilikdə 5 757 381 test aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər