Xəbər

Yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb

5 mart / 11:31 1 dəq
5 mart / 11:31
Burada sizin reklamınız ola bilər

Audiovizual Şuranın elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Şuradan Qerbxeber.com  verilən xəbərə görə, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb. Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib:

“Sağlam Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Sağlam Radio”)

“Orion Sky” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Həyat FM”)

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər