Kateqoriyasız

Yeni qanun uşaqların dini etiqada məcbur edilməsini qadağan edir

4 may / 11:48 1 dəq
59f4e910 0ed2 39e6 8c0f 15f9624fbbb0
4 may / 11:48
Burada sizin reklamınız ola bilər

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Reportun xəbərinə görə, layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir.

Sənəddə qeyd edilib ki, uşaqların dinə etiqada məcbur edilməsi qadağan olunur.

Bundan əlavə, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.

Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər