Hadisə

Xocalı qatili və keçmiş “müdafiə naziri” saxlanıldı

29 sentyabr / 14:57 1 dəq
Indir 2023 09 29T145628.793
29 sentyabr / 14:57
Burada sizin reklamınız ola bilər

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, “general-leytenant” Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

“Qərb Xəbər” bildirir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Mnatsakanyanla birlikdə qondarma rejimin “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan da saxlanılıb.

Qeyd edək ki, Arşavir Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçılarından biridir.

Paylaş
Burada sizin reklamınız ola bilər